Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Qafarova məxsus şirkətin təsisçisi sabiq nazir olub — Fotolar

“Keçmiş xarici işlər naziri, "Azərbaycan Landromatının" "qaynadıldığı" dövrdə Estoniyada ölkəmizi fövqəladə və səlahiyyətli səfir qismində (2007-2015-ci illər) təmsil etmiş Tofiq Zülfüqarov məşhur "Zəfəran" apteklərinin sahibi olan "Shafran" MMC-nin (VÖEN 1301829671) əsasını qoyan yeganə təsisçi imiş”...

PİA.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Hafiz Babalı yazıb.
 
O bildirib ki, şirkət 2008-ci ildə cənab səfir Tallinndə ikən yaradılıb və onun ilk direktoru da T. Zülfüqarov özü olub.

Onun sözlərnə görə, 2018-ci ilin dekabrında "Şhafran" MMC deputat, Milli Onkologiya Mərkəzinin direktoru Kamaləddin Qafarova aid olduğu bildirilən "Azeri Med" MMC-yə qoşulmaqla ləğv edildiyini elan edib.
 
"Şirkətin tərkibinə Bakıdakı Zəfəran Hospital və ölkənin ən iri aptek şəbəkələrindən biri daxildir. "Shafran" MMC 2017-2018-ci illərdə DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuların tibbi müayinəsinin aparılması işləri üzrə iki müsabiqədə qalib gəlib", - o bildirib.
 
Jurnalist qeyd edib ki, sonuncu dəfə "Shafran" MMC-nin reyestr məlumatlarına 2017-ci ilin mayında dəyişiklik edilib: "T. Zülfüqarovun şirkəti nə zaman tərk etdiyi, onun inkişafına sərmayə yatırımında iştirak edib-etməməsi barədə məlumatlar şirkətin maliyyə hesabatını açıqlamaması səbəbindən ictimaiyyətə məlum deyil".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar